İsveçrənin elit saatlar istehsalçısı olan A. Favre & Fils şirkəti kriptovalyuta cüzdanı ilə təchiz edilmiş və əl işi olan mexaniki saatların istehsalına başlayıb. Əsası 1718-ci ildə qoyulmuş A. Favre & Fils şirkətinin icraçı direktoru Laurent Favre: “Biz bu saat modelini kripto cəmiyyət üçün faydalı bir şey təklif etmək niyyəti ilə hazırlamışıq.”
Crypto Mechanical Watch adlanan saatlar 2019-cu ilin ikinci rübündə satışa çıxarılacaq və qiyməti 102.000 – 153.000 dollar aralığında olacaq.
Xatırladım ki, 2018-ci ilin oktyabr ayında İsveçrənin digər saat istehsalçısı olan Hublot bitkoinin 10 yaşı münasibətilə Big Bang adlı saatlarını buraxmışdı. Qiyməti 25.000 dollar olan saatları yalnız bitcoin ilə almaq mümkündür.