Argentinada ictimai nəqliyyatda bitcoin ilə ödəniş

     Argentina sakinləri ictimai nəqliyyatda istifadə etdikləri SUBE milli smart kartlarının balansını artıq bitcoin ilə artıra biləcək. SUBE (Sistema Único de Boleto Electrónico) Argentina Nəqliyyat Nazirliyinin layihəsidir və bu kartlarla avtobus, qatar, metro və hətta motorlu qayıqlarda səyahət üçün ödəniş etmək üçün istifadə olunur.

03     SUBE kartlarının balansının bitcoin ilə artırılması imkanı Alto Viaje platformasının Bitex fintex şirkəti ilə partnyorluq müqaviləsinin imzalanması ilə yarandı. Alto Viaje – istifadəçilərin SUBE kartlarının balansını artırmasını təmin edən servisdi. Alto Viaje hazırda istifadəçilər üçün 2 növ balans artırma üsulu təklif edir: BTC və Paypal. SUBE kartına BTC ilə minimal ödəniş 50 Argentina pesosudur (1.32 dollar). Alto Viaje-nin direktoru Luciano Verardo bildirib ki, Bitex ilə partnyorluq Argentina sakinləri və yerli şirkətlər üçün yeni maliyyə imkanlarını açmağa kömək edəcək.

 

Elnur Quliyev

Leave a Reply