Yaponiyanın maliyyə nəhəngi olan SBI Holdings Ripple texnologiyasına əsaslanan “MoneyTap” mobil tətbiq proqramından istifadəyə başladıqdan sonra gəlirləri artıb. Nağdsız ödənişlərin aparılması üçün 13 yapon bankı (Atago, Kiraboshi, Keiyo, San-in Joint, Shiga, Shimizu, Shinsei, Suminobu SBI Net, Suruga, Seven, Hiroshima, Fukui, Hokuriku) da MoneyTap tətbiqindən istifadə edəcək.
MoneyTap – fiziki şəxslərin öz bank hesabları arasında 24 saat ərzində pul köçürmələri üçün təhlükəsiz və ən əlverişli mobil tətbiqdir. Bank hesabı nömrəsinə əlavə olaraq mobil tətbiqdə pul köçürməsinin təyinatını göstərmək üçün mobil telefon nömrəsini və ya QR-kodu istifadə edən bir funksiyası var.
SBI Holdings-in icraçı direktoru Yoshitaka Kitao Ripple-nin potensialına və onun ödəniş sisteminə inandığını deyib. O hesab edir ki, 2025-ci ilə qədər bir çox banklar XRP-dən istifadə edəcəklər.