Uncle Chris Productions martın 29-u bitcoin haqqında ilk multserialı nümayiş etdirdi. “Bitcoin and Friends” adlı animasiya filmi 8 seriyadan ibarət olacaq. Yaradıcıların əsas məqsədi kriptovalyuta bazarında qiymətlərin enməsi zamanı insanları depresiyaya keçirmək əvəzinə güldürməkdir.
Bitcoin and Friends multfilminin ilk seriyası əsas qəhrəman olan və öz yaradıcısını axtaran “B”- bitcoin haqqında bəhs edilir. Multfilmin ilk seriyasına artıq YouTube kanalında baxmaq mümkündür.