III Maliyyə və İnvestisiya Forumu (FİF2019)

     Bakı şəhərində 2019-cu il 4 may tarixində “Pullman” otelində maliyyə təşkilatlarının iştirakı ilə “İnnovasiya və şəffaflıq” devizi altında III Maliyyə və İnvestisiya Forumu ilə keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional miqyasda Azərbaycan Respublikasının mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaq və geniş auditoriyanı maarifləndirməkdən ibarətdir. Forumda yerli və xarici spikerlərin çıxışları timsalında dünya və Azərbaycanın gündəmdə olan maliyyə, vergi və iqtisadi mövzuları müzakirəyə çıxarılacaq.

Forumda 3 panel üzrə müzakirələr aparılacaq:

  • İnvestisiya və maliyyələşmə strategiyaları
  • Vergi siyasəti və mühasibat uçotu
  • Sahibkarlıq və innovasiya

    Forumda əsasən aşağıdakı mövzular üzərində məruzə və diskussiyyalar aparılacaqdır: Rəqəmsal bankçılığın inkişafı, şirkətlərə maliyyə vəsaitlərinin cəlbi, ERP sistemlərinin qurulması, big data analitika və maliyyə sisteminə tətbiqi, Start up–lara investisiyalar, kölgə iqtisadiyyatı ilə mübarizə, vergi qanunvericiliyinin tətbiqi, sahibkarlığın inkişafı kimi mövzular müzakirəyə çıxarılacaq.

poster-1  Azərbaycan Respublikasında innovasiya sahibkarlığı sahəsində fəaliyyətinin davamlı inkişafı, innovasiya sferası subyektlərinin fəaliyyətini genişləndirmək üçün hərtərəfli imkanların yaradılması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Hökumət tərəfindən innovasiya sisteminin formalaşması və inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, innovasiya layihələrin maliyyələşməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması, innovativ xarakterli inkişaf təcrübəsinin öyrənilməsi, inkişaf strategiyasının hazırlanmasında ondan istifadə edilməsi və digər məsələlərlə bağlı bir sıra mühüm sənədlər imzalanmış və konkret hədəflər müəyyən edilmişdir.

    Forum ilk dəfə 2017-ci ildə 150-dən çox şirkətdən 400-dən çox top menecer, rəhbər şəxslər, maliyyə mütəxəssislərinin iştirakı ilə keçirilib. 2018-ci ildə təşkil edilmiş II Maliyyə və İnvestisiya Forumu isə artıq dövlət, özəl və xarici şirkətlərdən top menecerlərin də iştirakı baş tutub.

Leave a Reply