Icbari sığortadan ödəniş almağın asan qaydası

     Hazırda bir çox sürücülər qəza baş verdikdən sonra icbari sığortadan ödəniş almaqda çətinlik çəkirlər. Belə hallar xüsusən də 1000 manata qədər dəymiş ziyan olduqda daha çox rast gəlinir. İcbari sığorta xidməti göstərən sığorta şirkətləri Forma 4 istəyirlər. Əslində isə qanunda belə bir müddəa var:

58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur:

  • hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
  • hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;
  • hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
  • hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığorta şirkəti tərəfindən əsaslandırılımış şəkildə ehtimal edildikdə.

    Əslində bu protokol siz icbari sığorta aldıqda sığorta şirkəti tərəfindən təqdim edilməlidir. Lakin hazırda icbari sığorta elektron qaydada əldə edildiyinə görə onu sizə heç kim təqdim etmir və ümumiyyətlə sığortaçılar çalışırlar ki, bu haqda sussunlar. Həmin protokolun nümunəsini və doldurulma qaydasını sizə tədim edirik:

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi protokolun forması

Protokolun doldurulma qaydası

1507028527

 

 

Mənbə: avtostop.tv

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma