Azərbaycanın ilk qadın dövlət rəhbəri

     Azərbaycanın ilk qadın dövlət rəhbəri Rusiya və Beynəlxalq kommunist hərəkatının görkəmli xadimi və peşəkar inqilabçısı Yelena Stasova olub. O, 1920-ci ildə 9-15 sentyabrda (6 gün) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri olub. Azərbaycan həmçinin qadın dövlət rəhbəri olmuş ilk komunist ölkə hesab edilir.

Yelena Stasova kimdir?

    Yelena Dmitriyevna Stasova 1873-cü ildə Sankt-Peterburqda zadəgan vəkil Dmitri Stasovun ailəsində doğulub. Gimnaziyada oxuduğu müddətdə inqilabçı qadın A.Kollontayla dostluq münasibətləri yaranıb. yelenastas_800x600 20 yaşında V.İ.Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə tanış olub və hər ikisi fəhlələr üçün bazar məktəblərində çalışıblar. 1901-ci ildən “İskra” qəzetinin agenti olub. Sankt-Peterburqda, Oryolda, Moskvada, Minskdə, Vinüsdə gizli partiya işləri aparıb. 1905-1906-cı illərdə İsveçrədə mühacirətdə olub. 1906-cı ildə Finlandiyada silah, pul və partiya işçilərinin sərhəddən keçirilməsi ilə məşğul olub. 1912-ci ildə  həbs edilib və 3 il Yenisey quberniyasında sürgündə olub. Silahlı Oktyabr İnqilabının (25 oktyabr, 1917) hazırlığında və keçirilməsində aktiv iştirak etmiş, RSDF-nin Petroqradda keçirilən 6-cı qurultayında Mərkəzi Komitənin üzvlüyünə namizəd seçilmişdir.

       1920-ci ildə Mərkəzi Komitə Y.Stasovanı Bakıya göndərib və həmin il sentyabrın 9-dan 15-nə qədər Azərbaycan KP MK Rəyasət Heyətinin sədri olub. 1938-1946-cı illərdə “Beynəlxalq ədəbiyyat” jurnalının redaktoru olub. 1927-37-ci illərdə İnqilabçılara Kömək Beynəlxalq Təşkilatı İcrayyə Komitəsinin sədr müavini, sonra SSRİ İKBT MK sədri vəzifələrində çalışmışdır. 1935-1943 isə Kominternin Beynəlmiləl Nəzarət komissiyasının üzvü olmuşdur. 1960-cı ildə Sosilaist Əməyi Qəhrəmanı adını  alıb. 4 dəfə Lenin ordeni ilə təltif edilən Yelena Stasova 1966-cı il 31 dekabrda Moskvada vəfat edib və Qızıl Meydanda dəfn olunub.

 

 

Elnur Quliyev

 

Leave a Reply