Kriptovalyuta bazarında bitcoin hazırda ən populyar kriptovalyutadır. Bitcoin populyar olmaqla bərabər ən bahalı rəqəmsal aktivdir və bu səbəbdən bir çox insanlar rəqəmsal pulların gələcəyinə inansalar belə qiymətin yüksək olması faktorunu nəzərə alaraq bitkoinə investisiya etmək üçün “qərarsız mövqe”dən çıxa bilmirlər. Bu mövqe anlaşılandır çünki BTC-nin qiyməti sutka ərzində rahatlıqla 300-500-1000 dollara qədər arta və ya enmə xüsusiyyətinə malikdir. Bəzi investorlar isə bahalı bitcoin almaqdansa qiyməti dəfələrlə kiçik olan altcoinlərə investisiya etməyi daha üstün tuturlar.
Nəzərə almaq lazımdır ki, hazırda kriptovalyuta bazarında 2200-dən çox rəqəmsal aktiv mövcuddur və bunların arasında hansının daha prespektivli olacağını müəyyən etmək olduqca çətindir. Buna baxmayaraq investorların diqqətini cəlb edən və ən əsası qiyməti 1 dollardan aşağı olan prespektivli altcoinlər də mövcuddur. Onların arasında 3 ən prespektvli və qiyməti ucuz olan rəqəmsal aktivlər aşağıdakıladır:
- Ripple (XRP) – Reytinq üzrə 3-cü yer. Bazar kapitalizasiyası – 16.8 milyard dollar, Qiyməti – 0.4 dollar.
- İOTA – Reytinq üzrə 15-ci yer. Bazar kapitalizasiyası – 1.2 milyard dollar, Qiyməti – 0.4 dollar.
- Tron – Reytinq üzrə 12-ci yer. Bazar kapitalizasiyası – 2 milyard dollar, Qiyməti – 0.03 dollar.
Qeyd: Göstərilən rəqəmlər 11.06.2019 tarixinə olan qiymətlər əsasında verilib.