Bitcoin-in qiyməti niyə qalxır?

    Kriptovalyutaların pioneri olan bitcoin iyunun 25-i növbəti psixoloji baryer olan 11.000-i keçərək 11.340 dollar oldu. Bu rüb ərzində 176%, son 1 ay ərzində isə 34% artım deməkdir. Bundan əvvəl bitcoin sonuncu dəfə 2018-ci ilin mart ayında bu qiymətə ticarət olunub. Daha sonra isə qiymətin 3150 dollara qədər enməsini müşhidə etmişdik. Son 3 ay ərzində bitkoinin bazar kapitalizasiyası 55 milyard dollar artaraq 220 milyard oldu və hazırda ümumi kriptovalyuta bazarının 65%-ni təşkil edir. Bu onu göstərir ki, hazırda rəqəmsal aktivlərə tələb artıb və bazarda iri məbləğlərdə bitcoin alışları həyata keçirilir. Bitcoin-in qiymətinin artmasının əsas səbəbləri:

  • ABŞ-Çin ticarət müharibələri;
  • Facebook-un Libra proyektinin təqdim etməsi. Bu əsasən psixoloji faktordu lakin kriptovalyuta bazarına öz müsbət təsirini göstərdi;
  • Bankların və iri korporativ şirkətlərin kriptovalyuta sektoruna investisiya maraqlarının artması;
  • Google, facebook və digər sosial şəbəkələrdə kriptovalyuta reklamlarına qoyulmuş məhdudiyyətlərin getdikcə aradan qaldırılması və yaxın gələcəkdə yeni kripto layihələrin (məs: Apple) buraxılacağı barədə elanlar.

2f9b1c0727

     Bitcoin 2017-ci ildə qiyməti 20.000 dollara kimi artanda bir çox investorların diqqətini cəlb edə bilmişdi. Lakin 2018-ci ilin yanvar ayından başlayaraq qiymətin mərhələlərlə 3100 dollara qədər enməsindən sonra bir çox məşhur iqtisadçılar, bank rəhbərləri və bəzi ekspertlər bitkoini “köpük” və “hava balonu” adlandırmağa başladılar. Bununla belə hazırkı qiymət artımının 2017-ci ildəki “qiymət bumu” ilə müqayisədə prinsipial fərqləri var:

  • aktiv bitcoin cüzdanların sayı hazırda 2017-ci il ilə müqayisədə 3 dəfə azdır;
  • bitcoin-tranzaksiyalar üzrə komissiya xərcləri 2017-ci il ilə müqayisədə daha aşağıdır;
  • 2017-ci ildə google, facebook, twitter, linkedin və digər sosial şəbəklərdə kriptovalyuta ilə bağlı reklamlar daha aktiv aparılırdı. Qadağalar 2018-ci ilin əvvəlindən başlayaraq qoyuldu;
  • Çin bazarı 2017-ci ildə kriptovalyuta bazarına əsas təsir edici faktor idi. Lakin Çin hökümətinin kriptovalyuta sektoruna tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən sonra 2019-cu ildə kritpvalyuta bazarına təsir mexanizmləri kifayət qədər azalıb.
  • Kriptovalyutalar və bunula bağlı olan layihələrə investisya edən investorlar 2017-ci il ilə müqayisədə daha təcrübəlidir. İnvestorların 2017-2019 illər üzrə kriptovalyuta sektoru üzrə baş verən yenilikləri və tendensiyaları izləmək imkanı olub;
  • dövlətlər və beynəlxalq maliyyə tənzimləyici qurumları 2017-ci il ilə müqayisədə hazırda kriptovalyuta sektoru üzrə daha çox informasiyaya və təsir mexanizmlərinə malikdirlər. 2019-cu ildə investorların maraqlarının qorunması üzrə artıq bir çox normativ hüquqi sənədlər qəbul edilib. Misal üçün, dövlətlərin rəqəmsal aktivlər haqqında qanunları, kriptovalyuta birjaları və bu sektor üzrə xidmət göstərən şirkətlərin fəaliyyətlərini tənzimləyən aktlar və nəhayət FATF-ın tövsiyyələri.

      Bütün yuxarıda sadaladığım faktorları nəzərə alsaq 2019-cu ildə kriptovalyuta bazarı, xüsusilə də bitcoin 2017-ci ildə olan rekordu yeniləməyi bacarsa 2020-2021 illərdə bu sektor daha uğurlu nəticələr göstərmək potensialını ortaya qoyacaq. Çünki dünya iqtisadiyyatı rəqəmsallaşmaya doğru gedir və bu zaman rəqəmsal valyutalara tələb qaçılmazdır. 2019-cu ilin aprel ayından başlayaraq bitkoin 5000-dən 12.400 dollara qədər artım tendensiyasını müşahidə etdik. Növbəti hədəf 13.000, sonra isə 15.000 dollar olan baryeri keçməkdir. Bununla belə unutmaq olmaz ki, adətən bu tip “qiymət bumu”-dan sonra istisna deyil ki, yaxın zamanda korreksiyası baş versin. Bu normal tendensiyadır və buna hazır olmaq lazımdır.

    Kriptovalyuta bazarı tənzimlənməyən bazar olduğundan hazırki qiymət artımı tendensiyasının hansı həddə qədər olacağını proqnoz vermək çox çətindir. 8080bt9a8sdfj23 Lakin böyük ehtimal ki, bitcoin növbəti psixoloji hədd olan 15000 dollara qalxana qədər yenidən korreksiya olunacaq. İnvestorlar bitcoin və ya digər rəqəmsal aktivlərə qisamüddətli və ya uzunmüddətli mövqedə investisiya edirlər. Hazırda ən çox riski qisamuddətli qazanmaq istəyən investorlar daşıyır. Lakin təcrübə onu göstərir ki, bu sektorda daha çox qazanclı olanlar uzunmüddətli investisiya edən investorlardır. Yəni qiymətin aşağı həddində almaq və bahalaşanda satmaqdır. Bu mexanizm bütün dövrlərdə işləyib. Hesab edirəm ki, biz bitcoin-in qiyməti üzrə növbəti maksimumu 2020-ci ilin 2-ci rübündən sonra müşahidə edəcəyik. 2021-ci ildən isə korporativ şirkətlərin kriptovalyuta bazarına daxil olması bitcoin-ni yeni maksumumlara qaldıracaq. Əgər sizin iqtisadi bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə o zaman çalışın kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin. Çünki bu elə tip investisiya alətidir ki, onu istənilən an itirə və ya dəfərlərə çox qazana bilərsiniz.

Müəllif:  Elnur Quliyev

2019-cu ilin ən gəlirli kriptovalyutası

ABŞ bitkoini qadağan edə bilər!?!

Leave a Reply