Beynəlxalq ödəniş sistemi olan PayPal Böyük Britaniya vətəndaşları üçün yeni MasterCard debt kartlarının buraxdığını elan etdi. PayPal müştərilərinin biznes hesablarına bağlı olan bu kartlarda sərfəli “cash back” və alış-veriş üçün aşağı komissiyalar olacaq. Bundan sonra PayPal-ın İngiltərədəki müştəriləri MasterCard-ın dünya üzrə 45 milyondan çox ödəniş məntəqsində ödənişlər apara biləcəklər. Yeni kart bütün biznes müştəriləri üçün aylıq ödəniş haqqı ödəməyəcək və hər bir funtun 0,5%-i nağdsız olaraq geri qaytarılacaq. Həmçinin, kart üzrə valyuta konvertasiyası üçün komissiya xərci olmayacaq və dünyanın istənilən yerində, 24 saat, həftədə yeddi gün olmaqla ATM-lərdən nağdlaşdırma zamanı sabit komissiya olan 1 funt çıxılacaq.