DipIFR (Diploma in International Financial Reporting) – dünyanın ən böyük mühasibatlıq qurumlarından biri olan ACCA tərəfindən verilən və bütün dünyada tanınan bir diplomdur. DipIFR imtahanına qeydiyyatdan keçmək üçün ACCA aşağıdakı 3 tələbdən birinin yerinə yetirilməsini tələb edir:
- Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və AB, MA, FA və LW imtahanlarını (exemption və ya imtahan olaraq) tamamlamaq;
- Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və ACCA IFRs sertifikatına sahib olmaq;
- Mühasibatlıq sahəsində 3 illik iş təcrübəsi
Bu 3 tələbdən hər hansı birinə uyğun gələn namizədlər 185 GBP ödəməklə DipIFR imtahanına qeydiyyatdan keçə bilərlər. DipIFR imtahanı hesablama və test suallarının qarışığından təşkil olunmuş 2 hissədən ibarət olmaqla yazılı formada keçirilir. İmtahan müddəti 3,5 saat olur və imtahanı uğurla bitirmək üçün minimum 50% və ya daha yüksək nəticə tələb olunur. DipIFR imtahanı il ərzində 2 dəfə (iyun və dekabr aylarında) rəsmi ACCA imtahan mərkəzlərində keçirilir. ACCA-in rəsmi saytında accaglobal.com DipIFR təlimi barədə daha ətraflı məlumat əldə etmək olar.