Bankrate-in keçirdiyi sorğuya əsasən amerikalıların 4%-i ən yaxşı uzunmüddətli investiya yatırımı kimi bitkoini seçib. Sorğuda iştirak edənlərin 31%-i isə daşınmaz əmlaka üstünlük veriblər. ABŞ-da ipoteka krizisindən sonrakı çətin illərə baxmayaraq əksər amerikalılar öz vəsaitlərini yatırmaq üçün daşınmaz əmlakı ən etibarlı seçim hesab edirlər.
Sorğu zamanı “10 il ərzində investisiyanızı nəyə yatırım edərdiniz?” sualına amerikalılar aşağıdakı kimi cavablandırıblar:
- 31% – daşınmaz əmlak;
- 20% – səhmlər;
- 19% – əmanət hesabları açmaq;
- 11% – qızıl və qiymətli metallar almaq;
- 7% – istiqrazlar;
- 5% – cavab verməkdə çətinlik çəkiblər;
- 4% – Bitcoin.