Kraudfandinq nədir?

      Kraudfandiq (crowdfunding, crowd- dəstə,  funding- maliyyələşmə) ideya, məhsul və ya xidmətin realizə edilməsi, ehtiyacı olanlar üçün yardımların yığılması, tədbirlərin keçirilməsi kimi məsələlərdə həm fiziki, həm hüquqi şəxslərin dəstəklənməsi məqsədilə könüllü olaraq xüsusi internet platformalarında maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı olan fəaliyyət növüdür. Başqa sözlə, kraudfandiq – hər hansı bir layihənın kollektiv maliyyələşdirilməsi metodudur. Kraudfandinq hazırda vəsaitlərin cəlb edilməsi üçün istifadə edilən ən müasir maliyyələşmə mexanizmlərindən biridir.

Kraudfandiqin hazırda ən populyar istiqamətləri:

  • Start-up və kiçik biznes layilərin maliyyələşdirilməsi
  • Xeyriyyəçilik kampaniyaları
  • İncəsənət (film, musiqi, kitab) layihələri
  • Siyasi fəaliyyətlə bağlı

Kraudfandiq üzrə ən məşhur platformalar:

Kraudfandiqin üstünlükləri:

  • Start-up layihələr yerli və xarici bazarlara daha asan çıxış əldə edir;
  • Layihələrin maliyyələşmə mexanizminin sadə olması;
  • Coğrafi maneələrin olmaması;
  • İstehsalı planlaşdırılmış məhsul üçün qabaqcadan maliyyə vəsaitinin cəlb edilməsi imkanı;
  • Reklam kompaniyasına minimal xərclə daha geniş auditoriyaya çıxış imkanların olması.

Kraudfandiqin çatışmayan cəhətləri:

  • İnvestorların vəsaitlərinin itirilmə riskinin yüksək olması
  • Kraudfandinq üzrə bir çox ölkələrdə hüquqi-normativ aktların olmaması
  • Kraudfandinq platformalarında yığılan məbləğlər üzrə məhdudiyyətlərin qoyulması

Müəllif:  Elnur Quliyev

Leave a Reply