Facebook-un rəhbəri Mark Zuckerberg investorların rüblük konfransında bəyan edib ki, dünyanın ən böyük sosial şəbəkəsi Libra rəqəmsal valyutasından imtina etməyəcək və bu layihənin həyata keçirilməsi üçün nə qədər vaxt lazımdırsa sərf etməyə hazırdı. Libra ətrafında ötən həftə baş verənlər – tənzimləyicilərin təzyiqi, ABŞ rəsmi şəxslərinin neqativ açıqlamaları, Facebook-un Calibra layihəsinin rəhbəri David Marcus-un ABŞ Senatında qanunvericiləri qarşısındakı çıxışı Libra-nın 2020-ci ilin ilk yarısında istifadəyə vermə planlarını şübhə altına aldı. Bunlara baxmayaraq Mark Facebook investorlarını əmin etməyə çalşıb ki, Libra tənzimləyicilərin bütün tələblərinə cavab verdikdən sonra buraxılacaq.
Mark Zuckerberg: “Facebook Libradan imtina etməyəcək. Biz bütün qaydalara riayyət etmək üçün tənzimləyicilər ilə işləmək niyyətindəyik və onlarla əməkdaşlıq etməkdə qərarlıyıq. Proses artıq başlayıb və layihəni uğurla davam etdirmək istiqamətində tənzimləyici orqanları inandırmaq üçün nə qədər vaxt lazımdırsa sərf etməyə hazırıq.”