Walmart rəqəmsal valyuta buraxacaq

     Dünyanın ən böyük hipermarketlər şəbəkəsi Walmart ABŞ Patent və Ticarət Nişanları Bürosuna kriptovalyuta patenti üçün müraciəti etdi. Walmart “Blockchain vasitəsilə rəqəmsal valyutadan istifadə sistemi və metodu” adlı patentdə ABŞ dollarına bağlı olan rəqəmsal valyuta buraxmaq istədiyini qeyd edib. Ehtimal edilir ki, Walmart-ın yeni rəqəmsal valyutası marketlərdən məhsul alarkən debet, kredit kartı və ya nağd puldan istifadə ehtiyacını aradan qaldıracaq. Həmçinin bu valyutanı nəğd pula çevirmək və Walmart-ın partnyor şirkətlərində ödəniş vasitəsi kimi istifadə etmək mümkün olacaq.

    Facebook-un Libra layihəsinin təqdimatından sonra Walmart-ın da rəqəmsal valyuta buraxmaq istəyi heç də təsadufi deyil. Bir çox analitiklər bunu Facebook-un Librasına rəqib kimi yaradıldığını iddia etsə də, ilkin olaraq demək olar ki, Walmart-ın rəqəmsal valyutasının Libra kimi qlobal məqsədləri yoxdu. Bu səbəbdən böyük ehtimal ki, Walmart Facebook kimi tənzimləyicilərin müqaviməti ilə rastlaşmayacaq.

walmartin-kripto-parasi-libradan-daha-cazip-original-e1565211802893.jpg

 

Elnur Quliyev

Leave a Reply