İş təcrübəsi olmadıqda iş tapmaq üçün 5 məsləhət

    İş təcrübəsi – işə götürənlər üçün ən vacib amillərdən biridir. Hər kəs, xüsusilə ali məktəbi yeni bitirmiş şəxlər belə bir problemlə üzləşir. Yaxşı bir işə düzəlmək üçün iş təcrübəsi tələb olunur, həmin bu iş təcrübəsini qazanmaq üçün isə ilk növbədə işə düzəlmək lazımdır. Mövcud əmək bazarında isə təcrübə olmadan münasib iş tapmaq olduqca çətindi. 610-is-tecrubesi-teleb-edirler-1 Lakin belə situasiyada ruhdan düşmək olmaz. Əgər içinizdə həqiqətən də böyük bir istək varsa, təcrübə olmadığı halda belə iş tapmaq mümkündür. Məşhur Superjob.ru portalı maraqlı bir tədqiqat keçirmişdir və bu tədqiqatın nəticələrinə əsasən məlum olub ki, orta kateqoriyalı şirkətlərin 66%-i, iri şirkətlərin isə 85%-i təcrübəsiz mütəxəssisi işə götürməyə hazırdırlar. Bu cür işçilər onlar üçün ilk növbədə ucuz işçi qüvvəsi kimi gərəklidir.

İş təcrübəsi olmadan iş tapmaq üçün aşağıdakı tövsiyyələrə mütləq şəkildə əməl edin:

1. Təlim və kurslarda aktiv iştirak edin.

  Hal-hazırda demək olar ki, istənilən ixtisasa uyğun təlim və ya kurs tapmaq mümkündür. Əgər belə təlimlərdə tez-tez iştirak etsəniz digər təcrübəsiz namizədlər ilə müqayisədə daha üstün mövqe tutmuş olacaqsınız. Adətən bu kimi təlim və kursları keçdikdən sonra sertifikat verilir. Onu öz CV-nizə əlavə etsəniz istədiyiniz işi əldə etmək şansınız artacaq.

2. CV-ni düzgün tərtib edin.

   İşəgötürənlər CV-də ilk növbədə “iş təcrübəsi” bölməsinə diqqət edirlər. Çalışın bütün bilik və bacarığınızı CV-də qeyd edəsiniz. Əsas bölmələrlə yanaşı (şəxsi məlumat, təhsil və s.) aşağıda göstərilmiş bölmələri də qeyd etməyiniz tövsiyə olunur:

  • Xarici dil biliyi – təcrübəsi olmayan üçün ən əsas üstünlükdür;
  • Sertifikatlar, əlavə diplomlar və s;
  • CV-də mütləq şəkil (rəsmi) yerləşdirin;
  • Bacarıqlar: kompüter proqramları, texnologiyalar, və s;
  • Şəxsi keyfiyyətlər: ünsiyyətcil, məqsədyönlü, aktivlik və s.

     Əgər universitet dövründə yazdığınız diplom işi şirkətin fəaliyyəti ilə əlaqədardırsa onu mütləq qeyd edin. Həmçinin CV-ni müxtəlif iş axtarışı portallarında yerləşdirə bilərsiniz, bu sizin daha tez bir zamanda iş tapmağınıza kömək edə bilər. Həmçinin çalışın ki, CV-nizin dizaynı müasir standartlara cavab versin və bunun üçün hazır CV saytlardan istifadə edin. CV-ni hər hansısa şirkətə göndərdikdən sonra şirkət əməkdaşlarının sizə zəng etməsini gözləməyin. Sizi ya müsahibəyə dəvət edəcəklər, ya da şirkətin maraqlarına uyğun olmadığınızı bildirəcəklər. İkinci halda mütləq şəkildə sizə verilən “yox” cavabının səbəbini nəzakətlə soruşun, gələcəkdə bu informasiya sizin üçün faydalı ola bilər.

3. Müsahibəyə məsuliyyətlə yanaşın.

    Müsahibəyə çağrılmısınızsa demək ki, sizin işi qazanmaq şansınız 50% artıq və deməli sizin kriteriyalar işəgötürən üçü uyğundur. Müsahibə bir növ stress-testdir. 600@0 Özünüzü həyacan olmadan, pozitiv və maksimum təmkinli aparın. Mütləq qaydada müsahibəyə getdiyiniz şirkət haqqında araşdırma aparın və maksimum məlumatlı olun. Hətta imkan olarsa sizinlə müshibə götürən şəxs haqqında da məlumat əldə edin. Müsahibə zamanı böyük ehtimal ki, sizdən xarici dil biliyinin səviyyəsi haqqında da soruşulacaq. Bunun üçün qabaqcadan özünüz haqqında (təhsil, ailə və gələcək planlarınız və s) qısa formada ingilis və ya rus dilində məlumat vermək üçün hazırlıqlı olun. Müsahibəyə gedərkən çalışın geyim formasına diqqət edin çünki bir çox şirkətlər üçün bu faktora önəmlidir və ilk təəssurat çox əhəmiyyətlidir.

4. Təcrübə proqramlarında iştirak edin.

     İri şirkətlər adətən gənc mütəxəssislər üçün təcrübə və ya təlim prosesini təşkil edir. Heç bir iş təcrübəsi olmayan tələbə üçün bu əla fürsətdir. 65044 Əlbəttə ki, təcrübə proqramına qatılmaq üçün müəyyən seçim mərhələsindən keçməli olacaqsınız. Təcrübə proqramını müvəffəqiyyətlə bitirdikdən sonra həmin şirkət sizi işə götürə bilər. Əgər marağınızda olan şirkət təcrübə elan edirsə bu fürsətdən mütləq faydalanmaq lazımdır. Orta hesabla bu cür təcrübə proqramları 3-6 ay müddətində davam edir. Çox vaxt universitet məzunları ilk maaşları haqqında düzgün təsəvvür formalaşdıra bilmirlər. Təbii ki, hər bir kəs yüksək əmək haqqı almaq istəyir. Əgər heç bir iş təcrübəniz yoxdursa, bu fikirlərdən yayının. Çalışın öz peşə hazırlığınızı obyektiv qiymətləndirin.

5. Əlaqələrdən istifadə edin.

   Arzuladığınız işi əldə etmək istəyirsinizsə, tanışlıq əlaqələrindən də mütləq istifadə etmək lazımdır. İş axtarırsınızsa bu haqda dostlarınıza, tanışlarınıza və qohumlarınıza məlumat verin. Sosial şəbəkələrdə, linkedin peşəkar qruplarda aktiv iştirak edin, tanışlıq əlaqələrini qurun və müxtəlif şirkətlərdə açıq vakansiyalardan xəbərdar olun. Sübut olunmuş fakt: əgər namizəd müsahibəyə “tapşırılaraq” gəlirsə, ona qarşı olan münasibət fərqli olur və işə düzəlmək şansınız da yüksək olacaq.

 

Elnur Quliyev

 

Leave a Reply