Kripto bankomatların (ATM) statistikası: Avqust 2019

     CoinATMradar.com-ın 31.08.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 5490 ədəd kripto ATM mövcuddur. Statistikaya əsasən hər gün orta hesabla 5 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 62%-də kriptovalyutaları yalnız almaq, 38%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 66.4%-i Litecoin, 59.2%-i Ethereum, 39.2%-i Bitcoin Cash, 19.4%-i Dash, 3.5% Monero-nu dəstəkləyir.

image (2)

     Bankomatların 74.6%-i Amerika, 21.3%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 3626, Kanada- 690, Böyük Britaniya- 265, Avstriya- 250,  İspaniya-93, İsveçrə-69, Çexiya-65, Rusiya-58, Yunanıstan-50, İtaliya-48, Slovakiya-47, Polşa-47, Kolumbiya-46, Almaniya-42, Rumıniya-36, Hollandiya-35, Türkiyə-24, Gürcüstan-14, Ukrayna- 11.

image-4.png

      Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (31.5%), Genesis Coin (30.7%) və Lamassu (8.8%) ümumi bazarın 71%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.

image-3.png

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

fb86023d6e

Müəllif:  Elnur Quliyev

Leave a Reply