“WiFi” haqqında maraqlı faktlar

   WiFi – kompüter və mobil cihazların şəbəkəyə birləşdirilməsi və yaxud internetə qoşulması üçün müasir simsiz şəbəkə texnologiyasıdıdır. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır.

    “WiFi” və “internet” sözlərini insanlar çox zaman eyni mənada nəzərdə tuturlar lakin onlar bağlı olsalar da bir-birini əvəz edə bilməzlər. WiFi yüksək tezlikli radio siqnaldır. WiFi (Wireless Fidelity – “simsiz dəqiqlik”) – Wi-Fi Allianceın ticarət markasıdır. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Vic Hayes 1997-ci ildə 802.11 standartlarını yaradan IEEE komitəsinə rəhbərlik etdiyi üçün “Wi-Fi atası” adlandırılır. V.Hayes WiFi-i mümkün edəcək standartları müəyyən etmişdir. WiFi texnologiyasının patenti Avstraliya Birliyi Elmi və Sənaye Tədqiqatı Təşkilatına (CSIRO) məxsusdur.

    İlk əvvəl “Wi-Fi” termini əlaqəni ancaq 2,4 HHs diapazonunda təmin edən və IEEE 802.11b standartı ilə işləyən (məlumat ötürülmə sürəti – 11 Mbit/san) texnologiyanın işarələnməsi üçün istifadə olunurdu. Hal-hazırda bu termin digər simsiz lokal şəbəkə texnologiyalarına da şamil olunur. Bu texnologiyaların arasında ən əhəmiyyətliləri IEEE 802.11a və 802.11g standartları ilə müəyyənləşdirilmişdir

1548402189_4415326

WiFi texnologiyasının mənfi tərəfi

     İnternet olan istənilən yerdə WiFi demək olar  ki, standart halını alıb və hər birimizin evində modem qurğuları var. Wi-Fi insan sağlamlığı üçün real olaraq potensial təhlükədir. Gün ərzində açıq qalan modem belə evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Alimlərin apardığı araşdırmalara əsasən “Wi-Fi” yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə səbəb ola bilər. Bu şüalar insanın təbii enerji sahəsinə ziyan vurur, stresə səbəb olur, ürək bulanması, baş ağrısı, yorğunluq yaradır. “Wi-Fi”dan az zərər çəkmək üçün aşağıdakıları etmək məsləhət görülür:

  • “Wi-Fi” aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalıdır;
  • Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
  • Modemdən istifadə etmədikdə söndürün;
  • Yatdığınız otaqda modem qoymayın.

 

Müəllif:  Elnur Quliyev

Leave a Reply