Bitcoin, Neft, Qızıl və S&P 500 indeksi – Mart 2020

    Koronavirus pandemiyası dünyanın neft, səhm, əmtəə və kriptovalyuta bazarlarına öz mənfi təsirini göstərib. Dünya bazarlarında böhranın əsas fazası mart ayında ABŞ-ın Avropa Birliyi ilə sərhədlərini bağladığı vaxtdan başladı. Bundan sonra investorlar öz vəsaitlərini riskli aktivlərdən çıxarmağa başladı ki, bu da öz növbəsində dünyanın səhm bazarında qiymətlərin enməsinə səbəb oldu. Nəticədə kapitalizasiyasına görə ABŞ-ın 500 ən böyük şirkətlərinin səhmləri daxil edilən “S&P 500” indeksi son bir ayda 16% azalıb. Qoruyucu aktiv hesab edilən qızılın dəyəri 1472 dollara, Brent markalı neftin 1 bareli isə 25 dollara endi. Martın 13-ü Bitcoin 50% dəyər itirərək 3800 dollara qədər eniş göstərdi.

     Mart ayında bitcoin, brent markalı neft, qızıl və “S&P 500” indeksinin dəyərinin (%-lə) dəyişməsi qarafiki:

755859303949418

 

Elnur Quliyev

Leave a Reply