Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmışdır. Fondun əsas məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fondun rəsmi veb səhifəsi – covid19fund.gov.az
03.04.2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 109.126.690 manat təşkil edir. Bu məbləğin 20.000.000 manatı Prezidentin ehtiyat fondundan, digər hissəsi isə 2439 hüquqi və 7140 fiziki şəxslər tərəfindən edilən ianələr hesabına formalaşıb.
Hazırda Fonda ən iri məbləğdə ianə etmiş hüquqi şəxslər aşağıdakılardır:
NEQSOL Holding | 5,000,000 |
Azərbaycan Beynəlxalq Bankı | 2,000,000 |
Azercell telekom LLC | 2,000,000 |
AZ-Granata LLC | 2,000,000 |
Paşa Holding | 2,000,000 |
Tabaterra CJSC | 2,000,000 |
UGE Middle East Development MMC | 2,000,000 |
Socar AQS MMC | 1,500,000 |
Bakcell | 1,500,000 |
İqtisadiyyat Nazirliyi | 1,200,000 |
Azerenerji ASC | 1,000,000 |
AZRE Təkrarsığorta ASC | 1,000,000 |
Baku Steel Company MMC | 1,000,000 |
Caspian Marine Services LTD | 1,000,000 |
Gilan MMC | 1,000,000 |
Norm QJSC | 1,000,000 |
Teymur Əhmədov adına AzNar QSC | 1,000,000 |
Veysəloğlu Şirkətlər Qrupu | 1,000,000 |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi | 1,000,000 |
Aviation Services Group | 1,000,000 |
Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri “ASAN ödəniş” sistemi üzərindən 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək üçün http://www.asanpay.az portalında və ya “ASAN Ödəniş” mobil tətbiqində “digər xidmət ödənişləri” bölməsinə daxil olaraq “Koronavirusla Mübarizəyə Dəstək” ilə mümkündür.
Fondun vəsaitindən istifadə istiqamətləri:
- Tibb sahəsində çalışan işçilərin mükafatlandırılılmasna və onlara maddi yardım göstərilməsi;
- Tibb müəssisələrinin infrastrukturunun təkminləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi;
- Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması;
- Nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi;
- Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsi;
- Tibb sahəsində mütəxəssislərin hazırlanması;
- Təbliğat və maarifləndirmə işləri;
- Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlər.
Azərbaycanda xüsusi karantin rejiminin şərtləri: 04.04.2020 tarixdən
Karantin rejimində icazələrin alınması qaydaları
Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək mexanizmləri
Sahibkarlara maliyyə dəstəyi: SUALLAR və CAVABLAR
Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək proqramları
[…] Koronavirusla Mübarizəyə Dəstək Fondu […]