Videokonfrans üçün ən yaxşı proqramlar

     Koronavirus pandemiyasına görə dünyada həyata keçirilən sosial izolyasiya tədbirləri hazırda videokonfrans tətbiqlərinə olan tələbatı artırıb. “App Annie” şirkətinin keçirdiyi araşdırmaya əsasən, cari ilin 14-21 mart tarixlərində ayında iOS, Android və Windows platformalarında videokonfrans tətbiqlərinin endirilmə sayında (62 milyon) rekord göstərici qeydə alınıb. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə məsafədən iş rejiminə keçilməsi videokonfarns xidməti təqdim edən proqramlara böyük tələb yaranıb. Mövcud şəraitdə videokonfarns vasitəsilə evdən çixmadan onlayn iclaslar, biznes görüşlər və qrup müzakirələri keçirmək ən optimal variantdır. Hazırda videokonfransların keçirilməsi üçün ən çox istifadə edilən 7 ən populyar proqramlar aşağıdakılardır:

1. Zoom – Bu xidmət vasitəsilə işgüzar videokonfranslar təşkil edə, videozəngləri yaza və çatda ünsiyyət qura bilərsiniz. Zoom-un istifadəsi asandır və mobil telefonlar da daxil olmaqla bütün qurğular üçün tətbiqetmələrə malikdir. Proqramda hər toplantı üçün 9-11 rəqəmdən ibarət kod təyin edilir və bu kod vasitəsilə toplantıya giriş edə bilirsiniz. Tətbiqin ödənişsiz forması eyni anda 100 nəfərin videosöhbətə qoşulmasına imkan verir. Bir toplantı üçün ayrılan maksimum vaxt müddəti isə 40 dəqiqədir.

2. Google Hangouts – Google şirkətinin onlayn iclaslar üçün proqramı olan “Google Hongoust” aktiv şəkildə istifadə olunur. Bu proqram vasitəsilə keçirilən videokonfrans birbaşa Google+ səhifəsində əks olunur. Bu görüşü yazıb daha sonra Google+ və YouTube-da paylaşmaq mümkündür. Bu xidmətdən istifadə edə bilmək üçün ilk növbədə Hangouts əlavəsini endirmək lazımdır. Daha sonra Gmail və ya Google+ xidmətinə daxil olub danışmaq istədiyiniz şəxsin və ya şəxslərin kontakt(lar)ını seçmək və on(lar)a videozəng etmək lazımdır. Hangouts xidmətinin bir üstünlüyü də ondan ibarətdir ki, videokonfrans iştirakçıları öz Google Drive virtual disklərindən fayllar paylaşa, ortaq sənədlər üzərində birgə işləyə, Google təqvimində yeni görüşlərin vaxtını müəyyən edə bilərlər. Həmçinin müxtəlif qurğular arasında Google xidmətlərinin sinxronizasiyası olduğundan, videokonfransa kompüterdə başlayıb smartfonda davam etmək (və ya əksi) mümkündür. Videokonfranslarda Google hesabı olan 25 nəfərə qədər adam iştirak edə bilər, müddət məhdudiyyəti yoxdur.

3. Facebook Group Chat – Bu proqram Facebook Messenger vasitəsilə işləyir. Videokonfranslara 50-yə qədər adamı qoşmaq mümkün olsa da, ekranda eyni zamanda yalnız altı nəfəri görmək olar. Digər iştirakçılar qulaq asa və söhbətdə yazılı çat vasitəsilə iştirak edə bilərlər. Həm bütün qrupa, həm də qrupun seçilmiş üzvlərinə kollektiv zəng etmək imkanı var. Videokonfrans çağırmaq üçün ilk növbədə Facebook Messenger tətbiqinin ən son versiyası olmalıdır. Bundan sonra çat üçün qrup yaradırsınız, qrupa ad verirsiniz və “zəng et” düyməsini basırsınız. Qrupun hər bir üzvü videokonfransa qoşulmaq təklifi alır, müsbət cavab verdikdə söhbətə qoşulmuş olur. Videozəng zamanı mətn yazmaq, stiker, emoji və animasiyalı GIF göndərmək olur.

4. Micrasoft Teams – uzaq komandalar və kiçik müəssisələr üçün çoxfunksiyalı bir ünsiyyət vasitəsidir. Bu xidmətə mətn mesajları, qrup söhbətləri, kanallar, fayl paylaşımı, audio və video konfrans daxildir. Microsoft Teams mobil telefonlar da daxil olmaqla bütün əməliyyat sistemlərində və cihazlarında işləyir. Əsas proqram hər kəs üçün pulsuzdur, lakin Microsoft-un məhsuldarlıq dəsti olan “Office 365” sizə daha çox xüsusiyyətləri təqdim edir. Office 365 ilə peşəkar iş e-poçtlarına və Outlook, Word, Excel və daha çox daxil olmaqla bütün Microsoft Office tətbiqetmələrinə daxil ola bilərsiniz.

5. Appear – Bu xidmət birbaşa brauzerdən işləyir, kompüterinizə proqram təminatı endirib quraşdırmağa, hər hansı saytda qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Sadəcə söhbətə istədiyiniz sərlövhəni verib öz adınızı (və ya taxma adınızı) yazmağınız kifayətdir. Bundan sonra proqram sizin söhbət üçün ayrıca kanal yaradır və kanalın hiperlinkini sizə təqdim edir. Siz həmin hiperlinki dostlara göndərirsiniz, onlar həmin hiperlinkə keçərək kanala qoşulurlar. Beləliklə, səkkiz nəfərə qədər insanın iştirak edə biləcəyi videokonfrans yaradılır.

6. ooVoo – Bu geniş funksiyalı xidmət vasitəsilə 12 nəfərə qədər insanı əhatə edəcək onlayn videokonfrans yarada, 25 meqabayta qədər həcmi olan faylları qarşı tərəfə ötürə, yazılı çatdan istifadə edə, videokonfransları qeydə alıb sonradan Youtube kimi saytlara yerləşdirə, eləcə də xətdə olmayanlara video ismarışlar göndərə bilərsiniz. Xidmət Windows, Mac, Android və iOS platformalarında işləyir. Qeydiyyat prosesi və proqramın interfeysi bir qədər narahatdır. Amma kompüter və ya qurğusunda ooVoo əlavəsi olmayan insanlar da sizin videokonfranslara qoşula bilər. Proqram brauzer vasitəsilə işlədiyi üçün videokonfransların hiperkeçidi olur. Siz bu hiperkeçidi qarşı tərəfə göndərirsiniz, onlar da həmin hiperkeçidin köməyi ilə videokanala daxil olurlar.

7. HouseParty – 8 nəfərə qədər insanı əhatə edən videozəngə imkan verən bu mobil proqramın həm iOS, həm də Android versiyası mövcuddur. Xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək lazımdır. Proqramın funksiyaları sadə və rahat olsa da, interfeysi hələ ki yalnız ingilis dilindədir.

1-38

    Yuxarıda qeyd edilən proqramlardan əlavə olaraq hazırda vidokonfranslar üçün bir çox populyar mobil tətbiq və proqramlar də mövcuddur:

 

Elnur Quliyev

 

Leave a Reply