Italiyanın Milan futbol klubu azarkeşlərinə klubun taleyinə təsir edən qərarlar üçün səs verməyə imkan verən ACM Fan Token (ACM) buraxacaq. Bunun üçün klub Maltanın ChiliZ blockchain platforması ilə partnyorluq müqaviləsi imzalayıb. ACM tokenlərinə sahib olan klub azarkeşləri gələcəkdə mükafat almaq və klubun fəaliyyəti ilə bağlı “kosmetik qərarlar” (məs: forma rəngi, stadionun musiqisi, günün oyunçusu, klubun yay turları, xüsusi klub hədiyyələri) verilərkən səsvermədə iştirak hüququ qazanacaqlar. ACM tokenləri bir neçə həftədən sonra Binance birjası tərəfindən dəstəklənən Socios.com platforması
Xatırladaq ki, Socios.com idman və əyləncə həvəskarları üçün blockchain əsaslı ilk mobil tətbiqdir. Socios.com Barcelona, Atletico Madrid, “PSG”, Juventus, AS Roma və West Ham United futbol klubları ilə rəqəmsal sikklər – tokenlərin buraxılması üçün əməkdaşlıq edir.

