Binance birjasında “tokocrypto” əməliyyatı

Aprelin 8-i dövriyyəsinə görə ən iri kriptovalyuta birjası olan Binance-də tokocrypto (TKO) tokeninin qiyməti bir neçə saniyə ərzində 10 sentdən 10 dollar qalxaraq 9900% artım göstərib. Tokocrypto – İndoneziyanın kriptovalyuta birjasının tokenidiri. Yeni rəqəmsal aktivin Binance kimi birjaya listinqi (daxil edilməsi) qiymətin dəfələrlə qalxması təcrübədə müşahidə olunan normal halıdır. Lakin aysberqin görünməyən tərəfi odur ki, əsas məqsəd Binance birjasının daxili tokeni olan Binance Coin (BNB) qiymətini qaldırmaq idi. Nəticə özünü göstərdi və 1 BNB hazırda 410 dolları keçib. Bu tip layihələr ilə Binance öz daxili tokeninə suni tələb yaradaraq BNB-nin qiymətinin artmasına nail olur.

Birjalarda ticarət təcrübəsi olan istənilən investor və treyderlər tokocrypto tokeninin Binance-də satışa çıxarılmasını səbrsizliklər gözləyirdilər. Statistikaya əsasən listinq zamanı kriptovalyutanı ilk alanlar ticarət əməliyyatından daha qazanclı çıxır. Ümumi tokocrypto tokeni üzrə təklif – 75.000.000 ədəd (7.5 mln dollar dəyərində) idi. Birjadan tokeni almaq üçün əsas şərtlər:

  • bir hesabdan maksimum alış dəyəri – 20.000 dollar;
  • alış ancaq Binance Coin (BNB) ilə mümkündür;
  • BNB birja hesabında ən azı 10 gün ərzində olmalı idi;
  • yalnız verifikasiya olunmuş hesablar tokocrypto ala bilər;
  • tokenlərin alış sayını birja özü müəyyən edirdi – hesab üzrə qalıq BNB-nın sayına əsasən. Məsələn: əgər hesabınızda 5 BNB varsa birja sizə cəmi 36 tokocrypto (36*0.1 = 3.6 dollar) almaq imkanı verir.

Nəticə: aprelin 8-də satış əməliyyatı baş verən kimi bir neçə saniyə ərzində qiymət 0.1-dən 10 dollara qədər (100x) artır. Bu deapozonda birjada olan çoxlu sayda yüksək qiymətə (məs: 9 dollarda) alıcılar olur və bir neçə saniyədən sonra tokocrypto 3.6 dollara, sonra isə 2.6 dollara enir. Bu tip əməliyyatlarda əsas qazanan tərəf isə Binance birjası olur. Tokocrypto-ni 9 dollarda alan təcrübəsiz və ya qazanmaq imkanını qaçırmaq istəməyən treyderlərin əlində isə “fişəng” qalır. Bu mexanizm demək olar ki, bütün birjalar üçün keçərlidir və kriptovalyuta bazarına yeni girən və ya həvəskar tredyerlər üçün növbəti “tələ”dir.

Kriptovalyuta bazarında sankı avtomobil idarə edirmiş kimi çox ehtiyatlı olmaq lazımdır. Kiçik bir səhv böyük bir tixaca səbəb olduğu kimi, birjada da eyni səhvlə vəsaitlərinizi itirə bilərsiniz. Ən önəmlisi, əgər risk etməyi və pul itiriməyi gözə ala bilmirsinizə kriptovalyuta bazarından uzaq durun.

Müəllif:  Elnur Quliyev

Binance birjası: qeydiyyat və hesaba mədaxil etmək qaydaları

Leave a Reply