“Əmanətlərin sığortalanması haqqında” qanun – Yeniləndi

Qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun 05 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb və “Əmanətlərin sığortalanması haqqında” qanun yenidən qüvvəyə minib.

Aparılan təhlillərin nəticəsində məlum olmuşdur ki, Azərbaycanda fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Bu səbəbdən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunununa dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%) kompensasiya məbləğinin həcmi 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) qaldırılmışdır.

Bundan əlavə “Əmanətlərin sığortalanması haqqında”qanunununa edilmiş əlavəyə əsasən:

a) banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər. Nəticədə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinin qorunması təmin ediləcəkdir.

b) notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcəkdir. Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar zamanı) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından şəxsə məxsus həmin vəsaitlərin qorunan əmanətlərə aid olunacaq və bankda sığorta hadisəsi baş verdikdə bu cür vəsaitlər tam kompensasiya ediləcəkdir.

Qeyd: Milli Məclis “Əmanətlərin tam sığortalanması haqqında” qanunu 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilmişdi. Məqsəd Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. 2019-cu il martın 4-də qanunun qüvvədə olma müddəti 1 il, ötən il martın 13-də daha 9 ay, ötən il dekabrın 18-də isə daha 4 ay uzadılmışdı.

Leave a Reply