ATV-nin “İqtisadi Zona” verlişində “rəqəmsal yuan” mövzusu (video)

Azərbaycanın televiziya məkanında ən çox izlənilən TV kanallarından biri ATV-də yayımlanan “İqtisadi Zona” verlişində Çində dövlətin rəqəmsal valyuta buraxması haqqında süjet təqdim edilib. Aprelin 11-i yayımlanan bu süjetdə dövlət tərəfindən buraxılan rəqəmsal valyutaların xüsusiyyətləri, üstün cəhətləri və rəqəmsal yuan barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” verilişi analitik xəbər formatında hazırlanır və hər bazar saat 19:30-da Günel Bəhramqızının təqdimatında yayımlanır. “İqtisadi zona” həftə ərzində Azərbaycanda və dünyada baş verən ən vacib iqtisadi yenilikləri geniş tamaşaçı kütləsinə çatdırmaqla yanaşı, bütünlükdə ölkənin iqtisadi mənzərəsini əks etdirən məlumatlandırıcı, maarifləndirici xarakter daşıyır.

Leave a Reply