Bitcoin aprelin 13-ü yeni tarixi rekord qiymətini – 63.000 dolları keçərək 63.700-ə qədər qalxmağı bacardı. Bazar kapitalizasiyası 1.18 trilyon dollar olan bitcoin hazırda ümumi kriptovalyuta bazarının 53.9%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə dünyanın ən məşhur şirkətləri olan Facebook (887$ milyard), Tesla (728$ milyard), Alibaba (641$ milyad), Samsung (511$ milyard), VİSA (486$ milyard), JPMorgan Chase (467$ milyard), Walmart (392$ milyard), Master Card (375$ nilyard), Bank of Amerika (340$ milyard) keçdi.
Müəllif: Elnur Quliyev

