FuckElon – tokeni yaradıldı

Elon Musk-ın son açıqlamalarından narazı qalan kripto-istifadəçilər üçün Fuck Elon Tweet (FuckElon) adlı token yaradıblar. Bu token Binance Smart Chain blokçeyni əsasında yaradılıb və ümumi sayı 1 milyard FUCKELONTWEET təşkil edir. Yeni token E.Musk-ın Teslanın elektromobil üzrə bitcoin ilə ödənişləri qəbul etməməsini elan etməsindən sonra ortaya çıxdı. Layihənin müəllifləri tokeni Elon Musk kimi bazar spekulyantlarına hörmətsizlik əlaməti olaraq yaradıldığını elan ediblər. FuckElon dərhal PancakeSwap-da listinq edildi və gün ərzində 2000% bahalaşaraq 0,006996 dollara qədər bahalaşmağı bacardı. Sonradan isə 0,001933 dollara düşdü.

Müəllif:  Elnur Quliyev

Leave a Reply