Michael Saylor: 111.000 BTC var və heç bir satoşi satılmayıb

MicroStrategy şirkətinin icraçı direktoru Michael Saylor öz twitter hesabında 111.000 bitcoin-ə nəzarət etdiyini və heç bir satoşinin satılmadığı barədə post paylaşıb. MicroStrategy ilk dəfə 2020-ci ilin avqust ayında bitcoin-ə 250 mln dollar investisiya etdiyini açıqlamışdı və həmin vaxtdan mərhələlə şəkildə bir neçə dəfə yenidən BTC aldı. MicroStrategy ən çox bitcoin-ə sahib olan 3 şirkətdən biridir və hazırda aktivində 92.079 BTC var. Sonuncu alış isə mayın 18-də 10 mln dollar dəyərində BTC-yə investisiya olub.

Leave a Reply