İngiltərənin Reklam Standartları Agentliyi (Yellow Authority – ASA) Luno Exchange kriptovalyuta birjasının metro stansiyaları və avtobuslarda insanları bitcoin almağa təşviq edən reklam afişalarını qadağan edib. Agentliyin məlumatına əsasən reklam afişalarında insanları yalnız bitcoin almağa təşviq edir, lakin bitcoin alışı ilə əlaqəli riskləri qeyd etmir. Agentlik hesab edir ki, bu cür reklamlar “bitcoin-ə qoyulan investisiyaların açıq və əlçatan olduğu təəssüratını yaradır”, əslində isə bitcoin “qiyməti dəyişkəndir və investorları zərərə məruz qoya bilər”. Birja isə gələcəkdə reklam afişalarının tərtib edilməsi zamanı kripto investisiyalar üzrə potensial risklərlə bağlı xəbərdarlıq ediləcəyini verib.
Xatıqladaq ki, Luno Exchange Londonda metro stansiyalarında yerləşdirdiyi reklam afişalarında “İf you are seeing bitcoin on the Underground, its time to buy” yazısı qeyd edilmişdi.



