Domino’s Pizza-nın Nideralandda yerləşən 16 restoranının əməkdaşları əmək haqqlarını bitcoin ilə almaq imkanı əldə edəcəklər. Kriptovalyutaların fiat valyutalara konvertasiyası üzrə ixtisaslaşmış Niderlandın BTC Direct şirkəti Domino’s Pizza-nın əmək haqqını bitcoin ilə almaq istəyən əməkdaşları üçün ödənişləri həyata keçirəcək. Niderland qanunvericiliyinə əsasən şirkət öz işçisinə əmək haqqını minimal hissəsi da olsa mütləq şəkildə avro ilə ödəməlidir. Bu qayda işçinin yaşı və əmək stajından aslı olaraq dəyişə bilər. Əmək haqqının digər hissəsini hansı formada alması işçinin öz seçimindən aslıdır.

