ABŞ-ın Sheetz marketlər şəbəkəsi kriptovalyuta qəbul edir

ABŞ-ın ən iri 24/7 fəaliyyət göstərən market, kafe və yanacaqdoldurma məntəqələri şəbəkəsi olan Sheetz kriptovalyuta ilə ödəniş etmək imkanını əlavə etdi. Mayın 27-dən etibarən ABŞ üzrə 622 market şəbəkəsinə məxsus Sheetz bitcoin, ethereum, litecoin, dogecoin ilə ödəniş qəbul edir. Bu təşəbbüs rəqəmsal ödənişləri qəbul etməyə imkan yaradan Flexa ödəniş prossesorunun dəstəyi ilə həyata keçiriləcək.

Leave a Reply