III Beynəlxalq Elmi Konfransda blokçeyn texnologiyası və rəqəmsal valyutalar mövzusu – Workshop

         Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4-7 iyun tarixlərində iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantlar üçün III Beynəlxalq Elmi Konfrans təşkil ediləcək. “Nizami ili” çərçivəsində təşkil olunacaq III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunacaq. Konfransda 34 ölkəni təmsil edən 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 416 elmi araşdırmanın nəticələri məruzə ediləcək. Pandemiya şəraitini nəzərə alaraq konfransın online rejimdə keçirilməsi nəzərdə tutulur. Konfransın əsas mövzuları:

  • Nizami Gəncəvi irsində iqtisadi fikirlər;
  • Qarabağın iqtisadiyyatı və inkişaf potensialı;
  • Müasir maliyyə bazarları və sistemləri;
  • Elektorn ticarət və rəqəmsal marketinq;
  • Beynəlxalq ticarət və loqistika;
  • Sosial sahibkarlıq və biznes.

Konfransın Workshop mövzuları:

  • Qarabağın dirçəlişində investisiyaların rolu;
  • Rəqəmsal iqtisadiyyat;
  • Blokçeyn texnologiyası və rəqəmsal valyutalar;
  • Kiçik və orta biznes subyektlərinin regioanl inkişafda rolu;
  • Yaşıl şəhər və inkişaf prespektivləri;
  • 4-cü sənaye inqilabı.

III Beynəlxalq Elmi Konfransın proqramına ilk dəfə olaraq blokçeyn texnologiyası və rəqəmsal valyutalar mövzusuna həsr edilən workshop daxil edilib. Workshop 06 iyun tarixində saat 12:00 yerli və xarici ekspertlərin iştirakı ilə rus dilində təqdim ediləcək. Ekspertlər – Elnur Quliyev (Crypto Consulting MMC / kriptoinvest.az), Alex Sudadze (Georgia Mining Association, Bitcoin Embassy Georgia), David Kiziria (eGov/GovTech, Anti-corruption Reforms, Blockchain/DLT), Elçin Abdullayev (Partner Martex Consulting). Workshop-da əhatə olunacaq mövzular:  

  1. Blockchain texnologiyası və tətbiqi istiqamətləri: dövlət, kommersiya və təhsil sektorlarında; 
  2. Rəqəmsal valyutalar: novləri, qiymətlərinə təsir edən faktorlar və mövcud risklər. Tendensiyalar və gələcək prespektivlər;  
  3. Kriptovalyuta mayninqi prosesi. Iqtisadi və texniki aspektlər. 

Workshop-u canlı izləmək üçün:

Konfransın açılış mərasimində UNEC-in rektoru Ədalət Muradov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Təhsil Naziri Emin Əmrullayev və PAŞA Holdinq-in icraçı direktoru Cəlal Qasımovun çıxışları planlaşdırılır. Bundan əlavə, Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri təqdim olunacaq.

Bu konfrans UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ali təhsil müəssisələrinin magistr və doktorantlarını bir araya gətirən elmi konfransdır. Konfransın əsas məqsədi multidisiplinar tədqiqatların inkişafına töhfələr vermək, magistr tədqiqatlarının nəticələrini bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda tədqiqatların keyfiyyətinin artırılması məqsədi ilə beynəlxalq elmi platforma yaratmaqdır. Konfransın proqramı ilə bu link ilə tanış ola bilərsiz. Əlavə məlumatları conferences.az saytında əldə etmək mümkündür.

Leave a Reply