ABŞ-ın Florida ştatının Mayami şəhəri avqustun 4-ü infrastruktur layihələrini və şəhər tədbirlərini maliyyələşdirmək üçün istifadə ediləcək kriptovalyuta – MiamiCoin (MIA) buraxacaq. MiamiCoin CityCoins layihəsi tərəfindən buraxılan ilk token olacaq. CityCoins layihəsi şəhərlərə xəzinəyə investisiya cəlb etmək üçün öz rəqəmsal aktivlərini yaratmağa imkan verir. MiamiCoin-i Stacks protokolu ilə mayninq etmək və ya almaq olar. MiamiCoin ilə əməliyyatların aparılması zamanı gəlirlərin müəyyən faizi və bələdiyyənin elektron cüzdanına yatırılacaq və bu vəsait şəhərin ehtiyaclarına yönəldiləcək.

