Google kriptovalyuta reklamına qoyulan qadağanı ləğv etdi

Google 2018-ci ilin iyun ayında kriptovalyuta ilə bağlı reklamlara qoyulan qadağanı ləğv etdi. Google-nin avqustun 3-ü maliyyə məhsulları və xidmətləri ilə bağlı yenilənmiş siyasəti qüvvəyə mindikdən sonra kripto reklamlara yenidən “yaşıl işıq” verildi. Nəticədə, ABŞ istehlakçılarına yönəlmiş kriptovalyuta birjaları və e-cüzdanlar müəyyən tələblərə cavab verdikləri təqdirdə xidmətlərini və məhsullarını reklam edə biləcəyi təsbit edildi. Reklam verənlər FinCEN -də “maliyyə xidməti göstərən şirkət” olaraq qeydiyyatdan keçməli və ən az bir ştatda pul göndərən şirkət kimi qeydiyyatı olmalıdır. Yeni siyasətə əsasən İCO ilə bağlı reklam qadağası qüvvədə qalacaq.

Xatırladaq ki, Google kriptovalyuta sektoru üzrə reklam siyasətini əsaslı şəkildə yeniləməsi barədə qərarını 2020-ci ilin iyun ayında elan etmişdi.


Leave a Reply