Tether Holdings Limited: USDT 100% aktivlə təmin edilib

Tether (USDT) tokenlərini buraxan Tether Holdings Limited, audit şirkəti Moore Cayman tərəfindən hazırlanan hesabatı təqdim edib. Hesabatana əsasən 30 iyul 2021-ci il tarixinə buraxılan bütün USDT tokenləri (stablecoin) Tether Holdings Limited ehtiyatları ilə 100% təminatlıdır. Emissiya edilmiş 62.6 milyard USDT qarşılığında şirkətin ümumi aktivlərinin dəyəri 62.7 milyard dollar təşkil edir.

Moore Cayman audit şirkətinin hesabatına əsasən Tether-in aktivlərindəki 30.8 milyard dollar (49%) qiymətli kağızılarda, 6.2 milyard dollar (10%) isə nağd və bank depozitlərində saxlanılır. Ehtiyatların 15,3 milyard dolları (22.5%) ABŞ vergi vekselləri ilə təmsil olunur.

Leave a Reply