Braziliyanın “BTG Pactual” bankı kripto investisiyalar üçün platforma təqdim etdi

Braziliyanın ən iri investisiya bankı Banco BTG Pactual S.A. (BTG Pactual) bitcoin və ethereum-a birbaşa investisiya etmək üçün Mynt platformasını təqdim etdi. Bununla da, BTG Pactual Latin Amerikasının kriptovalyuta bazarına birbaşa investisiya etmək imkanı yaradan ilk böyük maliyyə qurumu oldu. Aparılan sorğuya əsasən, Latın Amerikasında demək olar ki, hər üçüncü şəxs kriptovalyutalarla maraqlanır. Lakin Əksər insanlar məlumatlarının kifayət qədər olmaması səbəbindən bitcoin və altkoinlərə investisiya edə bilmir. BTG Pactual bankı Mynt platformasında kriptovalyutalarla bağlı informativ tədris materialları da dərc edəcək.

Leave a Reply