Çin kriptovalyuta əməliyyatlarına qadağa qoydu

Çin Mərkəzi Bankı ölkə ərazisində fəaliyyət göstərən maliyyə qurumlarını və ödəniş şirkətlərini kriptovalyuta əməliyyatları ilə əlaqədar xidmət göstərməyi qadağan etdi. Bu xəbərdən dərhal sonra bitcoin 5.5% dəyər itirdi və ümumilikdə kriptovalyuta bazarında qiymətlərin enməsi ilə nəticələndi. Yeni dərc edilən sənədə əsasən stabilkoinlərdə (USDT, USDC) daxil olmaqla bitcoin və digər rəqəmsal aktivlərdən istifadə edən bütün əməliyyatlar qanunsuz maliyyə fəaliyyəti kimi təsnif edilir. Bununla da, rəqəmsal və ya kriptovalyutalara ənənəvi valyutaların mübadiləsinə imkan verən bütün xidmətlər qanunsuz hesab olunur.

Leave a Reply