Dünyanın ilk NFT bankomatı (ATM) Nyu-Yorkda Neon şirkəti tərəfindən quraşdırlıb. Əsas məqsəd NFT alışını mümkün qədər asanlaşdırmaqdır. NFT bankomatı ənənəvi ATM-lər kimi işləyir. NFT-lər bank kartları, Samsung Pay və Apple Pay mobil tətbiqləri ilə almaq mümkündür. Ödəniş etdikdən sonra ATM QR kod olan bir qutu verir. Bu kodu istifadə etmək üçün alıcı Neon platformasında qeydiyyatdan keçməlidir. Hazırda ATM-ə iki NFT kolleksiyası daxildir: Party Pigeons və Project Color. Layihə Solana blokçeyni əsasında işləyir.
Neon NFT ticarəti platformasıdır. Şirkət kriptovalyuta və kripto-cüzdan olmadan NFT-lərin alınması prosesini sadələşdirməyi hədəfləyib. Hazırda NFT almaq istəyirsinizsə, əvvəlcə kripto-cüzdan yaratmalısınız, daha sonra bu cuzdanı NFT almaq istədiyiniz NFT ticarəti platformasına qoşmalısınız. Bundan əlavə, bu proseslə bağlı əsas problemlərdən biri odur ki, NFT almaq üçün sizə kriptovalyutalara ehtiyacınız olacaq, çünki ticarət platformları bank kartları ilə ödəniş qəbul etmir.
Neon şirkətinin marketinq direktoru və həmtəsisçisi Jordan Birnholtz: “Məqsədimiz rəqəmsal incəsənət əsərini satmaq və ya almaq istəyən hər kəsə kömək etməklə rəssamlara və kolleksiyaçılara dəstək olmaqdır.”



Müəllif: Elnur Quliyev
