Bill Miller: Rubldakı problemlər bitcoin üçün şansdır

Miller Value Partners fondunun təsisçisi və milyarder-investor Bill Miller beynəlxalq hərbi münaqişələr zamanı bitcoin-in potensialını təhlükəsiz sığınacaq kimi qiymətləndirib. O, hesab edir ki, Rusiya ətrafında mövcud geosiyasi vəziyyət bitcoin üçün əlavə şansdır.

Bill Miller: “Rusiyanın 640 milyardlıq ehtiyatının 16%-i dollarda, 32%-i isə avrodadır. Deməli, bu ehtiyatlarının 48%-i onlara zərər vermək istəyən ölkələr tərəfindən idarə olunan valyutalardı. Rusiya üçün bu variant yaxşı mövqe deyil. Mövcud ehtiyatların cəmi 22%-i qızıldır və bu aktiv digər ölkələrin nəzarət edə bilməyəcəyi yeganə hissəsidir. Əgər siz qeyri-ehtiyat valyutası olan bir ölkəsinizsə, başqa ölkələrin sizə zərər verə bilməyəcəyi, inflyasiyaya qarşı immuniteti olan bir bir aktivə müraciət etməlisiniz. Bu baxımdan bitcoinə dəyər qatan onun qlobal likvid olmasıdır.”

Leave a Reply