Ukraynalı fermer müharibə zamanı ələ keçirilən Rusiya zirehli texnikalarından yararlanmaq üçün 3 tankın NFT-sini OpenSea platformasında yerləşdirdi. NFT-lərin qiyməti 150, 200 və 250 ETH (təqribən 450.000-750.000 dollar) arasında dəyişir. Alıcılar təkcə rəqəmsal tokenləri deyil, həm də seçdikləri tankların gizlədildiyi yerlərin koordinatlarını alacaqlar. NFT haqqında qeyd edilib ki, zirehli texnikalar (Т-64БВ, Т-72А, Т-80У) döyüşsüz götürüldüyü üçün əla vəziyyətdədir lakin NFT sahibləri tankları götürmək üçün daşınma xərclərini öz üzərinə götürməli olacaqlar. NFT-dən əldə olunan gəlir müharibə bitdikdən sonra Ukraynada kənd təsərrüfatını canlandırmaq üçün istifadə edəcək.

