Mixail Mişustin: Rəqəmsal valyutalar maliyyə sisteminə inteqrasiya edilməlidir

Rusiyanın baş naziri Mixail Mişustin martın 25-i LDPR partiyasının üzvləri ilə görüşü zamanı ölkədə kriptovalyutaların tənzimlənməsi məsələsini müzakirə ediblər. LDPR fraksiyasının rəhbərinin müavini Yaroslav Nilov partiyanın Rusiyada kriptovalyutaların tənzimlənməsinin tərəfdarı olduğunu və rəqəmsal aktivlərə qoyulan qadağanın əleyhinə olduğunu vurğulayıb. Y.Nilov bildirib ki, offşor zonaların, bir növ “kripto şəhərlər”-in yaradılması yaxşı addım olardı, burada istənilən dövlətin vətəndaşı rəqəmsal aktivlərlə istənilən layihəni, əlbəttə ki, qanunlara uyğun inkişaf etdirə bilər. Mixail Mişustin isə bu sektorun tənzimlənməsi üçün tədbirlərin görülməsinin tərəfdarı olduğunu deyib. O, həmçinin xatırladıb ki, hökumət bu yaxınlarda Maliyyə Nazirliyinin konsepsiyasını təsdiqləyib, ona əsasən kriptovalyutalarla bütün əməliyyatlar Rusiya bankları vasitəsilə həyata keçiriləcək, eyni zamanda bazar iştirakçılarını müəyyən etmək və onları ixtisaslı və qeyri-ixtisaslı investorlara bölmək lazım gələcək.

Mixail Mişustin: “Biz hökumətdə keçən ay konsepsiyanı çox ətraflı nəzərdən keçirdik, hamı orada iştirak etdi. Bunu Maliyyə Nazirliyi təqdim edib. Rəqəmsal valyutaların dövriyyəsi mexanizmini ölkənin maliyyə sisteminə inteqrasiya etmək lazım gələcək. Lakin, şübhəsiz ki, bu cür məsələlər yalnız Mərkəzi Bankla birlikdə kriptovalyutaların Rusiyanın pul dövriyyəsi üçün yaratdığı riskləri qiymətləndirmək üçün həll edilə bilər.”

Leave a Reply