2023-cü ildən etibarən Rio-de-Janeyro şəhərinin vergi idarəsi Binance birjasının dəstəyi ilə daşınmaz əmlak üzrə vergiləri bitcoin ilə qəbul edəcək. Şəhər administrasiyasının rəhbəri Eduardo Paes Binance-in rəhbəri Changpeng Zhao ilə birlikdə əmlak vergisini bitcoin ilə ödəməyə imkan verəcək layihəyə start verib. Bununla da, Rio de-Janeyro kriptovalyuta ilə ödəniş qəbul edən ilk Braziliya şəhəri olacaq.
Braziliyanın İqtisadi İnkişaf və İnnovasiyalar naziri Chicão Bulhões yeni kriptovalyuta ilə vergi qanunlarının 2023-cü ildən qüvvəyə minəcəyini deyib. Braziliyanın maliyyə naziri Pedro Paulo isə müsahibəsində qeyd edib ki, Rio de-Janeyroda bitcoin ilə ödənişin qəbul edilməsində əsas məqsəd ölkədə rəqəmsal aktivlər üçün etibarlı bazar formalaşdırmaqdır. Pedro Paulo: “Biz kriptovalyutaları vergilərin ödənilməsinə inteqrasiya etməklə onların dövriyyəsini stimullaşdıracağıq. Gələcəkdə bu, taksi kimi şəhər xidmətlərinə də şamil oluna bilər”.

