Mayamidə “Kripto Buğa” heykəli quraşdırıldı

ABŞ-ın Mayami şəhərində məşhur “Wall Street”-dəki “Charging Bull”-un kripto analoqu quraşdırıldı. Mayamidə 6-9 aprel tarixlərində keçirilən “Bitcoin 2022” konfransı çərçivəsində şəhər meri Francis Suarez “kripto buğa” heykəlini açıb. Onun sözlərinə əsasən, bu heykəl şəhərin “kriptovalyuta sənayesinin dünya paytaxtına” çevrilməsini simvollaşdıracaq. Francis Suarez: “Maliyyənin gələcəyi Mayamidədir və paytaxtın indi öz “buğası” var.”

Çəkisi 1500 kq olan heykəl kibernetik üslubda hazırlanıb və “lazer gözləri” var. Konfrans müddətində “bitcoin buğa” konqres mərkəzinin yaxınlığında yerləşdirilsə də, sonradan “Miami Dade College” kampusuna göndərilib.

Leave a Reply