Mərkəzi Afrika Respublikası bitcoin-i rəsmi ödəniş vasitəsi kimi qəbul etdi

Mərkəzi Afrika Respublikası bitcoin-i ölkə ərazisində rəsmi ödəniş vasitəsi kimi qəbul edib. Müvafiq qanun parlament tərəfindən təsdiq edilib və prezident Faustin Archange Touadera tərəfindən imzalanıb. Bununla da, Mərkəzi Afrika Respublikası Afrikada bitcoin-i ödəniş valyutası kimi qəbul edən ilk ölkə oldu. BTC-nin qanuni ödəniş vasitəsi kimi qəbul edilməsi ölkənin infrastrukturunu optimallaşdıracaq, həmçinin iqtisadiyyatın müxtəlif sektorlarında blokçeyn texnologiyasının tətbiqinə imkan yaradacaqdır.

Məlumat üçün qeyd edək ki, bundan öncə Salvador 2021-ci il iyunun 8-i ilk dəfə olaraq bitcoin-i rəsmi ödəniş vasitəsi kimi qəbul etmişdi.

Leave a Reply