Dünyanın ən iri investisiya banklarından biri olan Goldman Sachs ilk dəfə olaraq bitcoin girovu ilə kredit verib. Bankın Bloomberg-ə verdiyi məlumata əsasən nağd formda verilmiş kredit borcalana məxsus bitcoin ilə təmin edilib. Goldman Sachs üçün bu kredit strukturuna və 24 saat risklərə nəzarət baxımından maraqlı təcrübədir, çünki bitcoin qiymətli kağızlar və digər tipik girov alətlərindən fərqli olaraq 7/24 saatı ticarət edilir. Belə kredit bitcoin sahibinə öz aktivini banka girov qoymaqla ABŞ dolları kimi valyutanı borc almağa imkan verir. Bitcoin-in qiymətinin dəyişkənliyi bu tip kreditləri riskli edə bilər – əgər bitcoin-in qiyməti çox aşağı düşərsə, bank tərəfindən borcalandan girovun təminatını artırmaq tələb oluna bilər.

