Kripto bankomatların (ATM) sayı: Aprel 2022

   CoinATMradar.com-ın 30.04.2022 tarixinə olan məlumatına əsasən dünyada 37.057 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 77%-də kriptovalyutaları yalnız almaq, 23%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 83%-i Litecoin, 76%-i Ethereum, 40% Dogecoin, 29%-i Bitcoin Cash, 20%-i Tether (USDT) 16%-i Dash dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 32981, Kanada- 2442, İspaniya-112, Salvador-204, Polşa-184, Isveçrə-148, Avstriya- 139, İtaliya- 76 və s.

Kripto bankomantların dünyada illər üzrə sayı:

  • 2015-ci il – 503 ədəd
  • 2016-cı il – 954 ədəd
  • 2017-ci il – 2.028 ədəd
  • 2018-ci il – 4.109 ədəd
  • 2019-cu il – 6.387 ədəd
  • 2020-ci il – 13.661 ədəd
  • 2021-ci il – 34.062 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.

Müəllif:  Elnur Quliyev

Leave a Reply