Argentinada ilk kripto kafe – CrypStation açıldı

Argentinada bitcoin və digər kriptovalyutaları qəbul edən ilk kripto kafe – CrypStation açılıb. Buenos Ayres şəhərinin Puerto Madero bölgəsində yerləşən kafedə ziyarətçilərə kriptovalyutalara investisiya ilə bağlı ödənişsiz məsləhət xidmətləri təqdim ediləcək. Bundan əlavə, kafedə mütəmadi olaraq rəqəmsal valyutalara həsr olunmuş kurslar və müxtəlif tədbirlər təşkil ediləcəkdir. CrypStation-da rəqəmsal aktivlərin cari məzənnələrini və kriptovalyuta dünyasının ən son xəbərlərini göstərən xüsusi ekranı olan zona var. Kripto kafedə Athena şirkətinə məxsus kripto-bankomat quraşdırılıb ki, ziyarətçilər nağd pulu kriptovalyuta ilə mübadilə etmək imkanları olsun. Bu bankomat şirkətin Buenos Ayresdə quraşdırdığı 11-ci bankomatdır.

Kripto kafe açmaq ideyası CrypGroup-un təsisçiləri olan 4 argentinalı sahibkara – maliyyə mütəxəssisi Jorge Molina, blokçeyn və metaverse eksperti Mauro Liberman, biznesin inkişafı mütəxəssisi Ezekiel Fernandez və françayzinq üzrə ekspert Pablo D’Alessandro-ya məxsusdur. Onların hər biri kriptovalyutalarla bağlı müxtəlif layihələrdə təcrübəyə malikdirlər.

Leave a Reply