ABŞ-ın məşhur online ticarət platforması eBay NFT kolleksiyasını buraxdığını elan etdi. NFT-lər OneOf platforması ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Genesis adlı ilk kolleksiyaya “Sports Illustrated” jurnalının üz qabığında çıxan məşhur idmançıların 3D və animasiya şəkilləri daxildir. Kanadalı xokkey oyunçusu, dördqat Stenli Kubokunun qalibi – Wayne Gretzky ilk NFT seçilib.

