ABŞ-da 3000-dən çox restoranlar (fast-food) şəbəkəsinə malik olan Chipotle ödəniş vasitəsi kimi kriptovalyuta qəbul etdiyini elan etdi. Bu təşəbbüs rəqəmsal ödənişləri qəbul etməyə imkan yaradan Flexa ödəniş prossesorunun dəstəyi ilə həyata keçiriləcək. Chipotle müştəriləri BTC və ETH daxil olmaqla 98 kriptovalyuta ilə ödəniş edə biləcəklər. Bunun üçün, onlar Gemini kriptovalyuta birjasının mobil tətbiqini və ya rəqəmsal aktivlərin saxlanacağı SPEDN kripto cüzdanını yükləməlidirlər. Kripto ödənişlər dərhal ABŞ dollarına konvertasiya olunaraq restoranın xəzinədarlığına mədaxil ediləcək.

