Luiziana ştatı banklara kriptovalyuta saxlamağa icazə verir

ABŞ-ın Luiziana ştatının qubernatoru John Bel Edwards maliyyə təşkilatlarına müştərilərə rəqəmsal aktivlərin saxlanması üzrə xidmətlər göstərməyə imkan verən qanun layihəsini imzalayıb. Qanun layihəsi Luiziana ştatından olan respublikaçı Mark Wright iştirakı ilə hazırlanıb və yerli texnologiya və innovasiya mərkəzi – Pelican tərəfindən dəstəklənib. Layihəsinə əsasən Luizianada fəaliyyət göstərən banklar, maliyyə təşkilatları və trast şirkətlər kriptovalyutalar və rəqəmsal aktivlərlə işləyən şəxslərə saxlama xidmətləri göstərə biləcək. Bunun üçün şirkətlər rəqəmsal valyutaların saxlanması üçün federal tənzimləmə standartlarına uyğunluğu təmin edən xüsusi prosedurlar hazırlamalıdırlar.

Leave a Reply